Bank Of Baku

Son üç gündə Əfqanıstanda "Taliban"la döyüşlərdə 27 uşaq öldüb

Son üç gündə Əfqanıstanda "Taliban"la döyüşlərdə 27 uşaq öldüb
# 09 avqust 2021 17:58 (UTC +04:00)

Son üç gündə Əfqanıstanda "Taliban"la döyüşlər zamanı 27 uşaq ölüb.

APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə, bu barədə UNİCEF-in yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, son 72 saat ərzində Qəndəhar, Xost və Paktia vilayətlərində "Taliban"la döyüşlərdə 27 uşaq ölüb, 136-sı yaralanıb. 

Qəndəharda 20 uşaq ölüb, 130-dan çoxu yaralanıb, Xostda 2 uşaq ölüb, 3-ü yaralanıb, Paktiada isə 5 uşaq ölüb, daha 3-ü yaralanıb. 

Bəyanatda qeyd olunub ki, bu ölkədə baş verən itkilər günü-gündən artır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR