FHN: Yanğının İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb

FHN: Yanğının İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb
# 20 iyul 2019 11:37 (UTC +04:00)

İyulun 19-da Qax rayonunun Ağyazı kəndi yaxınlığında dağlıq ərazidə 290 ha sahədə quru ot və kol-kos yanıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, yanğın FHN-nin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları və yerli sakinlər tərəfindən söndürülüb.

FHN-dən verilən məlumata görə, görülən birgə operativ tədbirlər nəticəsində yanğının İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb.

Xatırladaq ki, 19 iyul 2019-cu il tarixində İlisu qoruğunun sərhədləri yaxınlığında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının 150-dək əməkdaşının, yerli sakinlərin, həmçinin FHN-nin yerli yanğın söndürənlərinin səyləri nəticəsində axşam saatlarında tam söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR