Əhməd İmamquliyev: “Gürcü Arzusu” demokratiyanı Marneulidə dəfn edib

Əhməd İmamquliyev: “Gürcü Arzusu” demokratiyanı Marneulidə dəfn edib
# 20 may 2019 02:12 (UTC +04:00)

“İlkin nəticələr onu göstərir ki, Gürcü Arzusu partiyası illərdir etdiyi şeyi təkrarlayıb. Bu partiya demokratiyanı Marniulidə dəfn edib”.

ONA-nın Gürcüstan bürosundan verilən xəbərə görə, bunu Marneulidə keçirilən mer seçkilərində Avropalı Gürcüstan partiyasının namizədi Əhməd İmamquliyev deyib.

O bildirib ki, Marneulidə keçirilən seçkilərdə insanların səsləri oğurlanıb.

“Mən Zaur Darğallını təbrik etmirəm. İnsanların səsləri oğurlanıb. Amma biz bu insanlarla demokratiya uğrunda mübarizəmizi sona qədər davam etdirəcəyik”, - deyə Əhməd İmamquliyev vurğulayıb.
Qeyd edək ki, səslərin sayıldığı bir vaxtda Marneulidə elektrik təchizatında problem yaranıb. Yerli sakinlər bunu seçkiyə müdaxilə məqsədi ilə qəsdən edildiyini iddia ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR