Mingəçevirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Mingəçevirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB
# 12 mart 2020 21:28 (UTC +04:00)

Mingəçevirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, onlar Mingəçevir sakinləri - 1991-ci il təvəllüdlü Hüseynov Xəyal Kamil oğlu, 1993-cü il təvəllüdlü Abyakullahi Ruhangiz Elbrus qızı və 1989-cu il təvəllüdlü Allahverdiyeva Aygün Qaçay qızıdır. Yaralı qadınlardan birinin durumu ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

***

19:14

Mingəçevirdə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza M. Maqomayev prospektində qeydə alınıb.

“VAZ 2106” və “VAZ 2115” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR