Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması məqsədi ilə bu gün axşam saatlarınadək Moskva prospektinin köməkçi yolunda (Şamaxı yolu adlanan ərazi), Bakı Dairəvi-1 avtomobil yolu və Sumqayıt yolu (Masazır dairəsi istiqamətində), həmçinin 28 may küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi və qeyd olunan yolların bızi hissələrində əyrixətli dəmir tirlərin təmiri işləri aparılacaq.
Bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Agentlik sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.