Avropa Liqasında 36 oyun keçiriləcək

Avropa Liqasında 36 oyun keçiriləcək
# 06 avqust 2019 00:31 (UTC +04:00)

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək.

APA-nın məlumatına görə, üç gün ərzində ilk oyunlar çərçivəsində 36 qarşılaşma baş tutacaq.

Bu matçlardan 10-u Çempionlar yolunda, 26-sı Əsas yolda keçiriləcək. İlk oyun günündə üç, ertəsi gün bir qarşılaşma oynanılacaq. Digər 32 matç avqustun 8-də baş tutacaq.

Azərbaycanın bu turnirdə mübarizəni davam etdirən yeganə təmsilçisi “Neftçi” avqustun 8-də meydana çıxacaq. Ölkənin ən titullu klubu evdə İsrail təmsilçisi “Bney Yehuda”nı sınağa çəkəcək.

Qeyd edək ki, cavab oyunları avqustun 13-15-də keçiriləcək.

Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
Çempionlar yolu
6 avqust

19:00. "Ararat" (Ermənistan) - "Saburtalo" (Gürcüstan)
20:00. "Riqa" (Latviya) - HİK (Finlandiya)
22:15. "Sutyeska" (Monteneqro) – “Linfild" (Şimali İrlandiya)
7 avqust
22:15. "Slovan" (Slovakiya) - "Dandolk" (İrlandiya)
8 avqust
18:00. "Astana" (Qazaxıstan) - "Valletta" (Malta)
21:00. "Şerif" (Moldova) - AIK (İsveç)
21:30. "Lüdoqorets" (Bolqarıstan) - TNS (Uels)
21:30. “Makkabi” (Təl-Əviv, İsrail) - "Suduva" (Litva)
21:45. “Sarayevo” (Bosniya və Herseqovina) - BATE (Belarus)
22:00. "Düdelanj" (Lüksemburq) – “Nomme Kalyu" (Estoniya)
Əsas yol
19:30. AEK (Kipr) - “Gent” (Belçika)
20:00. “Sparta” (Çexiya) - “Trabzonspor” (Türkiyə)
20:00. “Pünik” (Ermənistan) - “Vulverhempton” (İngiltərə)
20:15. "Universitatya” (Krayova, Rumıniya) - AEK (Yunanıstan)
20:30. "Brondbü" (Danimarka) - “Braqa” (Portuqaliya)
20:45. “Ventspils” (Latviya) – “Vitoriya” (Portuqaliya)
21:00. “Neftçi” (Azərbaycan) - “Bney Yehuda” (İsrail)
21:00. “Malmö” (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina)
21:00. “Hoqesun” (Norveç) - PSV (Holldnaiya)
21:00. “Mariupol” (Ukrayna) - “Alkmaar” (Hollandiya)
21:00. “Tyun” (İsveçrə) - “Spartak” (Moskva, Rusiya)
21:00. “Mölde” (Norveç) - “Aris” (Yunanıstan)
21:30. MOİK (Bolqarıstan) - “Zarya” (Ukrayna)
21:30. “Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Strasburq” (Fransa)
21:30. “Feyenoord” (Hollandiya) – “Dinamo" (Gürcüstan)
21:30. “Antverpen” (Belçika) - “Viktoriya” (Çexiya)
22:00. “Riyeka” (Xorvatiya) - "Aberdin" (Şotlandiya)
22:00. “Midtyulland” (Danimarka) - “Reyncers” (Şotlandiya)
22:00. “Norçepinq” (İsveç)i - “Hapoel Bier-Şeva” (İsrail)
22:30. “Vaduts” (Lixtenşteyn) - “Ayntraxt” (Almaniya)
22:30. "Styaua" (Rumıniya) - “Mlada Boleslav” (Çexiya)
22:30. “Austriya” (Vyana, Avstriya) – “Apollon” (Kipr)
23:00. “Lütsern” (İsveçrə) - “Espanyol” (İspaniya)
23:00. “Partizan” (Serbiya) - “Yeni Malatyaspor” (Türkiyə)
23:00. “Legiya” (Polşa) - “Atromitos” (Yunanıstan)
23:00. “Torino” (İtaliya) - “Şaxtyor” (Belarus)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR