Şəmkirdə iki minik maşını toqquşub, xəsarət alan var - YENİLƏNİB

Şəmkirdə iki minik maşını toqquşub, xəsarət alan var - YENİLƏNİB
# 05 mart 2020 00:41 (UTC +04:00)

Şəmkirdə yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, xəstəxanaya yerləşdirilən yaralı 1982-ci il təvəllüdlü Həsənov Ramil Qabil oğludur.

***

21:44

Şəmkirdə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin - "Opel" və "VAZ 2107"-nin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Hazırda xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR