BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
# 11 fevral 2020 17:24 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104002776 ISIN-li, 10 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 92,6302 manat (7,9999%) və 96,5435 manat (3,5999%) olan 29 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 96,1745 manat (3,9995%), orta ölçülmüş qiyməti 96,2092 manat (3,9618%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 45 763 900 manat yerləşdirilən həcmi isə 10 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 09.02.2021-ci ildir.

Hərrac iştirakçıları 12 fevral 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR