Böyük Britaniyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 200 min, ölənlərin sayı 30 mini keçib.
APA xəbər verir ki, bu barədə mənzil inşaatı, regional işlər və yerli idarəetmə naziri Robert Cenrik brifinqdə bildirib.
“201 101 nəfərin test nəticəsi müsbət oldu, bu, dünənlə müqayisədə 6111 nəfər artım deməkdir. Təəssüf ki, koronavirus testləri müsbət olan xəstələrin 30 076-sı ölüb ki, bu da dünənki göstəricidən 649 nəfər çoxdur”, - nazir belə deyib.
Belə olan halda, bazar və bazar ertəsi günləri 288-315 ölüm faktı səviyyəsinə enən gündəlik göstərici yenidən artıb. Ölkədə bir gün əvvəl 700-ə yaxın ölüm xəbər verilib və ölən xəstələrin ümumi sayına görə ölkə İtaliyanı geridə qoyaraq dünyada ikinci olub.