"Arsenal" - "Neftçi" oyununun ilk "11-liyi" açıqlanıb

"Arsenal" - "Neftçi" oyununun ilk "11-liyi" açıqlanıb
# 25 iyul 2019 20:05 (UTC +04:00)

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Arsenal” (Tula, Rusiya) - “Neftçi” (Azərbaycan) matçının heyətləri açıqlanıb.

APA-nın məlumatına görə, bu gün Tulanın “Arsenal” Mərkəzi stadionunda baş tutacaq görüşdən az əvvəl hər iki komanda oyunun protokolunu doldurub.

Bununla da rəqiblərin start heyəti və ehtiyat oyunçuları müəyyənləşib. Saat 21:00-da başlayacaq görüşdə komandalar aşağıdakı heyətlə çıxış edəcək.

Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul

21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi”
Baş hakim:
Enea Yorqyi
"Arsenal": 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Giya Qriqalava, 9. Kirill Kombarov (k), 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 29. Lamek Banda, 30. Aleksandru Tudorie
Ehtiyat oyunçular: 1. Artur Niqmatullin, 13. Maksim Volodko, 14. Anri Xaquş, 17. Quram Acoyev, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov, 71. Aleksandr Denisov.
Baş məşqçi: İqor Çerevçenko
“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93. Soni Mustivar
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj,
7. Namik Ələskərov, 11. Vanqelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə
Baş məşqçi: Roberto Bordin
Tula. “Arsenal” mərkəzi stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR