Bolton: "Sindzo Abe ilə Kim Çen Inın görüşü bir çox problemi həll edə bilər"

Bolton: "Sindzo Abe ilə Kim Çen Inın görüşü bir çox problemi həll edə bilər"
# 25 may 2019 09:16 (UTC +04:00)

Yaponiyanın baş naziri Sindzo Abe ilə KXDR lideri Kim Çen Inın görüşü ölkələr arasındakı bir çox məsələlərin həllində kömək ola bilər.

ONA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton öz açıqlamasında deyib.

“Bu, Şimali Koreyanın nüvə və raket problemini, eləcə də Yaponiya vətəndaşlarının orada məcburi şəkildə saxlanılması probleminin həllinə yol aça bilər”, - Bolton belə deyib.

O, həmçinin Pxenyanın həyata keçirdiyi son raket sınaqlarını BMT qətnamələrinin pozulması halı kimi dəyərləndirdiyini vurğulayıb.

C.Bolton onu da əlavə edib ki, rəsmi Vaşinqton Pxenyanla daha bir yüksək səviyyəli görüşün keçirilməsinə hər zaman hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR