Novak: "Maliyyə vəziyyəti daha sabit olanlar "sağ qalacaq""

Novak: "Maliyyə vəziyyəti daha sabit olanlar "sağ qalacaq""
# 29 aprel 2020 11:47 (UTC +04:00)

Neft bazarında yer alan böhran şəraitində daha sabit maliyyə vəziyyəti olan şirkətlər öz yerini qoruyacaq.

"APA-Economics"in "Qazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

"Çox güman ki, dəyişikliklər həm şist, həm də ənənəvi neft istehsalçılarını əhatə edəcək. Böhran vəziyyətində hər zaman dəyişikliklər olur. Heç kim bunun baş verməsini gözləmirdi. Krediti çox olan müəssisələr hazırda risk altındadır, maliyyə vəziyyəti daha sabit olanlar – "sağ qalacaq"", - deyə A. Novak qeyd edib.

Onun sözlərinə görə, hazırda müflisləşmələrin sayını ancaq təxmin etmək olar, lakin bunlar bazarın qanunlarıdır.

Bununla yanaşı, A. Novak vurğulayıb ki, Rusiyanın neft şirkətləri sabit maliyyə vəziyyətinə malikdir və ölkədə istehsal olunan neft dünya bazarında rəqabətlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR