Ali məktəblərin magistraturasına 2020/2021-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayı açıqlanıb.
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ali məktəblərin magistraturasına 2020/2021-ci tədris ili üçün 9758 plan yeri ayrılıb. Onlardan 3405-i dövlət sifarişlidir.
Qeyd olunub ki, ayrılan plan yerləri 178 ixtisas və 750-dən çox ixtisaslaşma üzrədir.