Gürcüstanda daha 3 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda daha 3 nəfərdə koronavirus aşkarlanıb
# 15 mart 2020 19:53 (UTC +04:00)

Gürcüstanda 3 yeni koronavirusa  yoluxma halı təsdiqlənib. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koironavirusla mübarizə çərçivəsində təsis etdiyi rəsmi internet saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxma təsdiqlənmiş şəxslərin sayı 33-ə çatıb. Ölkə ərazisində karantində saxlanılanların sayı isə 427 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma 26 fevralda İrandan qayıdan 50 yaşlı kişidə təsdiqlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR