Rusiyada Azərbaycan vətəndaşı miqrantların müvəqqəti saxlama mərkəzində ölüb

Rusiyada Azərbaycan vətəndaşı miqrantların müvəqqəti saxlama mərkəzində ölüb
# 15 iyul 2019 11:56 (UTC +04:00)

Rusiyada, Tatarıstanın Nabrejnıe Çelnı şəhərində 55 yaşlı Azərbaycan vətəndaşı xarici vətəndaşların müvəqqəti saxlama mərkəzində ölüb.

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, bu barədə “Kazanfirst” saytı məlumat yayıb.

Məlumata əsasən, müvəqqəti saxlama mərkəzində iyulun 13-də axşam saat 21 radələrində 55 yaşlı kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, o, Azərbaycan vətəndaşıdır.

Ölümündən öncə mərhumun qarnında əmələ gələn ağrılardan şikayət etdiyi bildirilir.

Faktla bağlı məhkəmə tibbi-ekspertizası təyin olunub, hazırda Azərbaycan vətəndaşının hansı səbəbdən öldüyü araşdırılır. Araşdırmalar zamanı o da məlum olub ki, Rusiya miqrasiya qanunvericiliyini pozan Azərbaycan vətəndaşı ölkədən deportasiya olunmaq üçün miqrantların müvəqqəti saxlama mərkəzinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR