Müharibə veteranlarına Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşib

Müharibə veteranlarına Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşib
# 01 iyun 2019 11:17 (UTC +04:00)

Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşib.

ONA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda əksini tapıb.

Belə ki, Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 2.33-cü bənd əlavə edilib.

Əlavəyə əsasən, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti tələb olunacaq.

Bu Qərarın 2-ci hissəsi 2019-cu il aprelin 1-dən tətbiq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR