Türkiyədə Azərbaycan əsilli qadını sevgilisi güllələyərək öldürüb - FOTO

Türkiyədə Azərbaycan əsilli qadını sevgilisi güllələyərək öldürüb - <span style="color: red;">FOTO
# 24 iyul 2018 12:59 (UTC +04:00)

Türkiyədə həyat yoldaşından boşanmış və 3 övladı olan Azərbaycan əsilli qadın sevgilisi tərəfindən öldürülüb.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 08.30 radələrində Konya rayonunun Karatay qəsəbəsində baş verib.

Azərbaycan əsilli, 50 yaşlı Sahibə Yükselir dünən 4 ildir birlikdə olduğu 46 yaşlı, evli sevgilisi Rahim A.-nın iş yerinə gəlib. İddiaya görə, S. Yükselir sevgilisindən onun evlənəcəyi barədə vədini yerinə yetirməsini istəyib. Onlar arasında mübahisə yaranıb və hadisə yerinə polis gəlib. Ancaq tərəflər bir-birindən şikayətləri olmadığını bildirərək barışıblar. Bu gün səhər isə Rahim A. avtomobili ilə iş yerinə gedərkən avtomobildə olan Sahibəyə tapançadan 8 dəfə atəş açıb və onu avtomobildən yerə ataraq hadisə yerindən qaçıb. Ətrafdakılar tərəfindən xəstəxanaya yerləşdirilən qadın həkimlərin səyinə baxmayaraq, həyatını itirib.

Polis hadisə yerindən qaçan Rahim A. -nın saxlanılması üçün axtarışlara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR