Saatlıda qəbiristanlıqdan oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da Əhmədbəyli kəndi ərazisində yerləşən qəbiristanlıqdakı məzarlardan birinin ətrafına quraşdırılan məhəccərin alüminiumdan olan bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini M.Əsgərov saxlanılıb.
Araşdırma aparılır.