Bank Of Baku

Qəbələdə baş vermiş yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Qəbələdə baş vermiş yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
# 09 avqust 2021 20:53 (UTC +04:00)

Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb.

FHN-dən APA-ya bildirilib ki, yanğının yayılma təhlükəsi yoxdur.

İlkin məlumata əsasən, təqribən 2 hektar sahədə quru ot, kol-kos və məişət tullantıları yanır.

Əlavə məlumat veriləcək.

***

Saat 18:53

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

APA nazirliyəistinadən xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təxminən 2 ha sahədə məişət tullantıları, quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR