"Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb".
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Y. Qarayeva bildirib ki, bu gün 1 nəfər vəfat edib: "İndiyədək 3387 nəfər koronavirusa yoluxub, 2055 nəfər sağalıb, 1333 nəfərin müalicəsi davam edir”.
TƏBİB-in şöbə müdiri qeyd edib ki, indiyədək 235 910 test aparılıb.