Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda bu il inflyasiyanın ötən ilki 2,6%-dən 3,3%-dək artacağını proqnozlaşdırır.
"APA-Economics"in BVF-nin “World Economic Outlook” hesabatına əsasən verdiyi məlumata görə, 2021-ci ildə isə Azərbaycanda inflyasiyanın yavaşlayaraq 3,2%-ə düşəcəyi gözlənilir.
Bundan əlavə, 2020 və 2021-ci illərdə ölkədə işsizliyin stabil olaraq 5% səviyyəsində qalacağı proqnozlaşdırılır.