“Mart ayından etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir sıra tədbirlər həyata keçirdi, milli parklar bağlı elan edildi”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O bildirib ki, Qərargahın rəyindən asılı olaraq, yumşalma olsa, milli park və qoruqlar mayın 31-dən fəaliyyətini bərpa edəcək.