Xırdalanda ölümlə nəticələnən yol qəzası baş verib

Xırdalanda ölümlə nəticələnən yol qəzası baş verib
# 09 iyul 2019 13:24 (UTC +04:00)

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, iyulun 8-də saat 13 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Y. Zərbalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Rasim Hüseynovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR