Deputat maliyyə amnistiyası elan olunmasını təklif edib

Deputat maliyyə amnistiyası elan olunmasını təklif edib
# 27 iyun 2019 12:22 (UTC +04:00)

“Biz maliyyə amnistiyası elan etməliyik”.

APA-nın məlumatına görə, bunu bu gün millət vəkili Tahir Kərimli Milli Məclisin növbədənkənar sessiyasının iclasında bildirib.

"Maliyyə amnistiyası elan edək, bəzi insanlar ölkədən çıxardıqları vəsaitləri gətirib Azərbaycana sərmayə qoysunlar”, - deyə o qeyd edib.

T. Kərimli bildirib ki, qarşıdan bələdiyyə seçkiləri gəlir: “Xahiş edirəm ki, büdcədəki artımın yarımca faizi partiyalara ayrılsın. Bu, tək mənim deyil, bir neçə partiyanın təklifidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR