Argentina millisinin baş məşqçisi ilə bağlı qərar açıqlanıb

Argentina millisinin baş məşqçisi ilə bağlı qərar açıqlanıb
# 03 iyul 2019 12:02 (UTC +04:00)

Amerika kubokunda uğursuz çıxış edən Argentina yığmasının baş məşqçisi Lionel Skaloni postunda qalacaq.

APA-nın məlumatına görə, Braziliyada təşkil olunan yarışın yarımfinalında meydan sahiblərinə uduzaraq çempionluq şansını itirən komandanın çalışdırıcısı ilin sonunadək vəzifəsində saxlanılacaq.

Argentina Futbol Federasiyası mütəxəssisi müqaviləsi başa çatmadan istefaya göndərməklə bağlı tələsik qərar vermək istəməyib. Qurum çalışdırıcının Amerika kubokundakı işini dərindən təhlil etməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, bu uğursuzluqdan sonra Argentina yığmasının dünya və qitə çempionatlarındakı titul həsrəti 26 ilə çatıb. Bu komanda 1993-cü ildə Amerika kubokunu qazandıqdan sonra yalnız Olimpiya Oyunlarındakı iki çempionluqla (2004, 2008) təsəlli tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR