Azərbaycan millisinin hücumçusu: "Braziliya ilə oyundan daha çox zövq aldıq"

Azərbaycan millisinin hücumçusu: "Braziliya ilə oyundan daha çox zövq aldıq"
# 03 avqust 2019 11:17 (UTC +04:00)

“Azərbaycan yığması heç vaxt Olimpiya Oyunlarında çıxış etməyib. Hesab edirəm ki, bu amil Dominikan Respublikası ilə ilk turdakı oyunda bizə böyük təzyiq göstərdi”.

APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova deyib.

O, Tokio-2020 Olimpiya Oyunlarının Braziliyada təşkil olunan təsnifat turnirinin II turu barədə fikirlərini açıqlayıb. 29 yaşlı hücumçu Braziliyaya 2:3 hesablı məğlubiyyətə şərh verib: “Braziliyada həqiqətən də çox güclü liqa var. Buna görə də onlar bizimlə müqayisədə yarışa daha yaxşı hazırlaşa biliblər. Bu gün biz oyundan daha çox zövq ala bildik və keyfiyyət baxımından artırdıq. Şadam ki, burada komandamla birlikdəyəm”.

Qeyd edək ki, ilk matçda Dominikan Respublikasına 0:3, ardınca Braziliyaya 2:3 hesabı ilə uduzan Azərbaycan millisi Tokio-2020-yə lisenziya şansını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR