Pakistanda təyyarə qəzasında sərnişinlərin hamısının öldüyü ehtimal olunur.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Kəraçi şəhərinin meri Vasim Aktar deyib.
“Bildiyimiz qədər sağ qalan yoxdur. Lakin bu məlumat hələ təsdiqlənməyib”, - deyə o deyib.
Lakin yerli mətbuat qəzada sağ qalanların olduğunu bildirir.
Xatırladaq ki, Lahor şəhərindən Kəraçiyə uçan təyyarə qəzaya uğrayıb. Təyyarədə 99 sərnişin, 8 nəfər ekipaj üzvü olub.
Kəraçi aeroportu yaxınlığında qəzaya uğrayan təyyarə evlərin üstünə düşüb.