Son bir gündə Niderlandda koronavirusa yoluxmuş 165 nəfər vəfat edib.
APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutu məlumat yayıb.
Ölkədə bu günə kimi koronavirusa yoluxaraq ölənlərin sayı 3916 nəfərə çatıb.
Son 24 saat ərzində ölkə ərazisində 729 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Niderlandda COVID-19 virusuna yoluxanların ümumi sayı 34 134 nəfərə yüksəlib.