2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 171,2 min ton ət, 659,9 min ton süd, 653,2 mln. ədəd yumurta istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin müvafiq dövrünə nisbətən ölkədə ət istehsalı 3%, süd istehsalı 1,5%, yumurta istehsalı isə 9,3% artıb.