Hava qeyri-sabit keçib, bəzi yerlərdə intensiv yağış, Şahdağda qar yağıb

Hava qeyri-sabit keçib, bəzi yerlərdə intensiv yağış, Şahdağda qar yağıb
# 07 may 2020 12:12 (UTC +04:00)

ETSN-in Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb

Xidmətdən APA-ya bildirilib ki, mayın 7-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, əksər rayonlarda şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Sədərəkdə 32 (aylıq normanın 81 faizi), Kişçayda (Şəki) 25, Ağstafada 24 (aylıq normanın 45 faizi), Tovuzda 22 (aylıq normanın 41 faizi), Yardımlıda 19 (aylıq normanın 31 faizi), İsmayıllı, Şahdağda 18, Xınalıq, Xaltanda 17, Şərur, Şamaxıda 16, Göyçay, Sabirabadda 14 (aylıq normanın 54 faizi), Qəbələdə 14, Zaqatalada 13, Ağdam, Qrızda 12, Tərtər, Beyləqan, Altıağacda 10, Naxçıvan, Zərdab, İmişli, Kürdəmir, Mərəzədə 9, Balakən, Biləsuvar, Bərdə, Oğuzda 8, Sarıbaş (Qax), Lənkəran, Neftçala, Mingəçevir, Şahbuz, Ağdərədə (Ordubad) 7, Cəfərxan, Salyan, Naftalanda 6, Ordubad, Lerik, Qazıməmməd, Göygöl, Şəmkirdə 5, Daşkəsən, Ceyrançöl, Şabran, Astara, Gədəbəydə 4, Ağsuda 3, Gəncədə 2, Quba, Qusar, Nabranda 1,

Sumqayıt, Zabrat, Maştağa, Binədə 2, Bakıda 1 mm olub.

Mayın 6-da şimal-qərb küləyi arabir Neftçala, Ağsu, Naftalanda 20 m/s, Lerik, Mingəçevirdə 18 m/s, Salyanda 17 m/s, Naxçıvanda 16 m/s, Yevlaxda 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda arabir 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Havanın temperaturu Bakıda iqlim normasından 7.7 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, Aran rayonlarında 22-27 dərəcə isti, dağlıq rayonlarda 13 dərəcəyədək isti, Naxçıvan MR-da 15-22 dərəcə isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR