"Rayonlara gediş-gəlişin bərpası sanitar-epidemioloji vəziyyətdən asılıdır".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O deyib ki, mütəxəssislər gediş-gəlişin əhali üçün təhlükəli olmamasını nə zaman mümkün hesab etsələr, bu barədə qərar veriləcək.