Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma halı qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da Gürcüstanda xəstəliyə yoluxanların sayı 723 nəfərə çatıb.
Qeyd olunub ki, koronavirus səbəbi ilə 3614 nəfər karantində saxlanılır, 316 nəfər isə stasionar şəraitdə müalicə olunur. Koronavirusa yoluxanlardan 495 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.
Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.