ARDNF apreldə valyuta satışını kəskin artırıb

ARDNF apreldə valyuta satışını kəskin artırıb
# 01 may 2020 13:04 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin aprel ayında satılan vəsaitin həcmi açıqlanıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin aprel ayı ərzində ARDNF tərəfindən 531,1 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu, cari ilin mart ayı ilə müqayisədə 3,6 dəfə az, ötən ilin aprel ayı ilə müqayisədə 25,3% çoxdur.

"APA-Economics"in apardığı hesablamalara görə, bu ilin yanvar-aprel aylarında ARDNF tərəfindən 3 303 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 67,2% çoxdur.

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin yanvar-aprel aylarında 1 975,3 mln. ABŞ dolları məbləğində valyuta satıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR