2018-ci ilin mart ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 657,2 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 751,1 mln. manatı (35,93%) milli valyuta, 4 mlrd. 906,1 mln. manatı (64,07%) isə xarici valyuta ilə yerləşdirilib.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
2017-ci ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 1 mlrd. 270,6 mln. manat və ya 85,8% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 524,9 mln. manat və ya 9,66% azalma var.
Bununla yanaşı, cari ilin fevral ayı ilə müqayisədə martda manatda olan əmanətlərin həcmi 184,1 mln. manat və ya 6,27% azalıb, xarici valyutada olan əmanətlərin həcmi isə 91 mln. manat və ya 1,88% artıb.