Beynəlxalq müşahidəçi: "Azərbaycanda seçkilər tam şəffaf və demokratik şəraitdə keçirilib"

Beynəlxalq müşahidəçi: "Azərbaycanda seçkilər tam şəffaf və demokratik şəraitdə keçirilib"
# 10 fevral 2020 12:07 (UTC +04:00)

"Azərbaycanda seçkilər tam şəffaf və demokratik şəraitdə keçirilib".  

APA-nın məlumatına görə, bunu Milli Məclisə keçirilən seçkiləri izləyən Türk Şurasının müşahidə missiyasının üzvü Ömer Kocaman deyib.

O qeyd edib ki, iki qrupla Bakıda və Mingəçevirdə seçki proseslərini izləyiblər: "İki şəhərdə 24 seçki məntəqəsində olduq. Seçkinin nəticəsinə təsir edəcək hər hansı bir qanun pozuntasına rast gəlmədik. Azərbaycanda seçki prosesi beynəlxalq standartlara uyğun həyata keçirilib. Azərbaycan xalqına uğurlu seçki prosesi ilə bağlı təbrik edirəm".

Ömer Kocaman bildirib ki,  bu il keçirilən seçkidə siyasi partiyaların və namizədlərin sayının çoxluğu sevindirici haldır: "Apardığımız araşdırma zamanı namizədlərinin 50 faizinin yaşının gənc olması, hətta seçkidə birinci dəfə iştirak etdiyini müəyyən etdik. Ötən seçkilərlə müqayisədə bu il bitərəf namizədlərin sayında 50 faiz artım var. Həmçinin qeyd etməliyik ki, ötən seçkilərlə müqayisədə namizədliyini irəli sürən qadınların sayında 21 faiz artım var.  Bunların hamısı Azərbaycanda seçki mühitinin inkişaf etməsinin göstəricisidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR