Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təyyarə qəzası ilə əlaqədar Pakistana başsağlığı verib.
APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.
“Qardaş Pakistanın Kəraçi şəhəri yaxınlığında təyyarə qəzası bizi dərindən kədərləndirdi. Ramazan bayramı ərəfəsində ölümcül qəza ilə bağlı xəbərlər bizi dərindən sarsıtdı. Bu qəzada yaxınlarını itirənlərə və Pakistan xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə qeyd olunub.
Xatırladaq ki, Lahor şəhərindən Kəraçiyə uçan təyyarə qəzaya uğrayıb. Təyyarədə 99 sərnişin, 8 nəfər ekipaj üzvü olub. Kəraçi aeroportu yaxınlığında qəzaya uğrayan təyyarə evlərin üstünə düşüb.