İranın Rəzəvi Xorasan əyalətində 4,1 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən bildirilib.
Yeraltı təkanlar bu gün səhər Rəzəvi Xorasan əyalətinin Sanqan bölgəsində 6 km dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat haqda məlumat verilməyib.