Azərbaycanın dövlət qurumları ERP sistemlərindən istifadəyə istiqamətlənib

Azərbaycanın dövlət qurumları ERP sistemlərindən istifadəyə istiqamətlənib
# 27 aprel 2020 10:49 (UTC +04:00)

Pandemiya dövrünün başlaması ilə ERP sistemlərinə ("Enterprise Resource Planning" Müəssisə Resurslarının Planlaşdırılması sistemləri) İKT sahəsində fəaliyyət göstərən şirkətlər daha sürətlə inteqrasiya olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bunu Azexport.az portalının meneceri Ayxan Qədəşov Azerp.az portalının sahibkarlar üçün yaratdığı imkanlardan bəhs edərkən deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə istehsal, satış, inşaat və qida sənayesi sahələrində də geniş tətbiq olunmağa başlanıb.

"Artıq dövlət qurumları və onların tərkibində fəaliyyət göstərən müəssisələr də ERP sistemlərindən istifadəyə istiqamətlənib. Pandemiya ilə yanaşı buna həm də dövlət qurumlarının fəaliyyətini nəzarətdən xidmətə doğru dəyişməsi ilə əlaqələndirmək olar. Ötən ilin dekabr ayında Mərkəz tərəfindən Azerp.az portalı istifadəyə verilib. Portal açıq kodlu "OpenERP" sistemi əsasında qurulub. Hazırda portalının imkanlarından bütün sahələr üzrə fəaliyyət göstərən müəssisələr yararlana bilər", - deyə A. Qədəşov qeyd edib.

Ekspertin fikrincə, ERP sistemlərindən istifadəyə keçməklə postpandemiya dövrü üçün müəssisələr hiperimmunizasiya prosesinə start verdi. Belə ki, müasir rəqəmsal həll yolları pandemiya dövründə müəssisələrin məsafədən idarə olunması ilə yanaşı, iş fəaliyyətinin daha məhsuldar qurulmasına və məlumatların məxfiliyinin qorunmasına da istiqamətlənib.

Hazırda Azerp.az portalında 50-dək müxtəlif sahələri əhatə edən modullar mövcuddur. Portalı "CloudSaas" bulud texnologiyası ilə çalışır. İstifadəçi dünyanın istənilən nöqtəsindən yalnız "webbrowser" dən istifadə etməklə tələb olunan bütün məlumatları əldə edə və ya yenilərini daxil edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR