Geomaqnit qasırğası gözlənilir

 Geomaqnit qasırğası gözlənilir
# 05 avqust 2019 09:32 (UTC +04:00)

"Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir".

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub: "Günəş küləyinin sürəti ortalama 335 km/san, ümumi maqnit sahəsi 2-5 nT intervalında olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=3, 4). Proqnoz dövründə (5 - 7 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq”.

Bildirilib ki, proqnoz dövründə (5 - 7 avqust) Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır: "STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq. Proqnoz dövründə ilk iki gün (5, 6 avqust) müsbət qütblülüyə malik CH HSS effektinin təsiri ilə G1- Minor aşağı (Kp=5) səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Sonuncu proqnoz günü isə (7 avqust) geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək. Ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR