Samuxda baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb

Samuxda baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
# 08 iyul 2019 11:39 (UTC +04:00)

Samuxda baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb

Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Samux-Gəncə yolunda qeydə alınıb.

Belə ki, “Opel” markalı minik maşını ilə “Vaz 2106” markalı avtomobilin toqquşması nəticəsində 1946-cı il təvəllüdlü Elham Nəsibov ölüb, 1989-cu il təvəllüdlü Nicat Məhərrəmov isə ağır yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR