42 saylı Sumqayıt II Seçki Dairəsinin iki məntəqəsində seçkinin nəticələri ləğv edilib

42 saylı Sumqayıt II Seçki Dairəsinin iki məntəqəsində seçkinin nəticələri ləğv edilib
# 24 fevral 2020 19:57 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Elşad İsrafilovun və digərlərinin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

T. Həsənov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 7 və 32 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK müraciəti qismən təmin edib və 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə 7 və 32 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

Qeyd edək ki, bu dairə üzrə lider namizəd Tahir Mirkişilidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR