"Şəki Xan sarayının Mədəni irs siyahısına salınması ilə bağlı uzun müddətli işlər görülür".
APA-nın məlumatına görə, bunu UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının təşkilat komitəsinin sədri Əbülfəs Qarayev deyib.
O bildirib ki, Şəki Xan sarayının siyahıya salınması ilə bağlı bərabər təkliflər irəli sürülüb: "Burda xüsusi addım gözləmək lazım deyil. Hər şey komitənin qərarından asılıdır. Qabaqcadan danışmaq istəmirəm".