“Lion” Fransa Liqa1-də mövsümün erkən başa çatdırılması qərarından narazıdır.
Apasport.az saytının məlumatına görə, klub buna görə Peşəkar Futbol Liqasını məhkəməyə verib.
“Lion” prezidenti Jan-Mişel Olas qərarın tələsik verildiyini bildirib: “Lion” üçün pul əsas deyil. Klub ən aşağıdan yuxarılara yüksəlib. Əvvəlcə mövsümü bərpa etmə ehtimalını nəzərdən keçirməyi tələb etdik. Baş nazir və səhiyyə naziri ilə ətraflı müzakirə edə bilərdik. Əsas narazılığımız mövsümün vaxtından əvvəl başa çatması ilə bağlıdır. Bunun qanuni olub-olmadığını bilmək istəyirik”.
Qeyd edək ki, PSJ-nin çempion elan edildiyi mövsümü “Lion” 7-ci pillədə başa vurub.