Bakıda mübahisə zamanı bir nəfərə bıçaqla xəsarət yetirilib

Bakıda mübahisə zamanı bir nəfərə bıçaqla xəsarət yetirilib
# 14 mart 2020 02:52 (UTC +04:00)

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Abbaszadə küçəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Baydayev Viktor Vladimiroviç naməlum şəxs və ya şəxslərlə mübahisə edib. Nəticədə bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb. Ona qarnının ön divarının çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR