Miqrasiya orqanlarında Dövlət Himninin mütləq ifa edildiyi hallar müəyyənləşib

Miqrasiya orqanlarında Dövlət Himninin mütləq ifa edildiyi hallar müəyyənləşib
# 14 may 2020 10:26 (UTC +04:00)

Dövlət Miqrasiya Xidmətinin Kollegiyası “Miqrasiya orqanları işçiləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar miqrasiya orqanları işçiləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması qaydalarını tənzimləyir.

Miqrasiya orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:

- Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların, iclasların açılışı və bağlanışı zamanı;

- Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;

- miqrasiya orqanları işçilərinin peşə bayramı ilə bağlı keçirilən tədbirlərdə;

- miqrasiya orqanlarında qulluğa qəbul olunmuş şəxslərin andiçmə mərasimi zamanı;

- digər tədbirlərdə.

Miqrasiya orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni səsyazma vasitəsindən istifadə etməklə tam səsləndirilir. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə işçilər onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə sıradakı işçilər komanda verilməmiş farağat vəziyyətini alır, Dövlət Miqrasiya Xidmətinin aparatının struktur bölmələrinin və sisteminə daxil olan qurumlarının rəisləri əsgəri salam verir. Sırada olmayan işçilər Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə farağat vəziyyətini alır və əsgəri salam verir. İşçilər tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir. Azərbaycan Respublikasının Dövlət Himni qapalı və ya açıq məkanda səsləndirilərkən səsin təzyiqi (səviyyəsi) Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na uyğun tənzimlənir.

Bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət Dövlət Miqrasiya Xidmətinin rəisinin daxili nizam-intizam üzrə kurator müavini tərəfindən müvafiq qaydada həyata keçirilir. İşçilər bu Qaydaların tələblərini pozmasına görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR