"Arsenal"ın baş direktoru: "Neftçi"yə məğlubiyyətdən sonra klub prezidenti baş məşqçiyə dəstək oldu"

"Arsenal"ın baş direktoru: "Neftçi"yə məğlubiyyətdən sonra klub prezidenti baş məşqçiyə dəstək oldu"
# 03 avqust 2019 12:24 (UTC +04:00)

“Baş verənlərin əhəmiyyətini dərk edirik. Komandanın Avropa Liqasını belə tərk etməsinə görə məsuliyyəti üzərimizdən atmırıq”.

APA-nın məlumatına görə, bunu Rusiya “Arsenal”ının baş direktoru Dmitri Balaşov deyib.

O, Tula təmsilçisinin Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycanın ən titullu klubu “Neftçi”yə uduzaraq (0:1, 0:3), mübarizəni dayandırması barədə fikirlərini açıqlayıb: “Biz buna haqq qazandırmaq istəmirik. Amma xatırladaq ki, cəmi iki il öncə Premyer Liqada yerimizi qoruya bildiyimizi bayram edirdik. Pley-offda səfər qolu sayəsində aşağı dəstəyə yuvarlanmaqdan xilas olduq. İndi isə son iki ildəki 7-ci və tarixi 6-cı yerdən sonra Avropa Liqasına vəsiqə qazanmışıq. İki ildə çox böyük yol qət etmişik. Təbii ki, Avropa Liqasında da daha irəli getmək istəyirdik. Futbolçuları çalışmamaq, döyüşməmək, can qoymamaqda qınamaq olmaz. Hamı sonadək dözür, mübarizə aparır, mübarizədən çəkinmirdi. İndi hamı transfer siyasətimizi tənqid edir. Amma seleksiya qrupumuz transfer büdcəsinə malik deyil. Biz futbolçunu icarəyə götürməliyik, ya da müqaviləsi olmayanları heyətə qatmalıyıq. Bunlar da demək olar ki, öz komandalarında çox şans qazanmayanlardır. Amma bu oyunçular Tulada özlərini göstərib inkişaf etdilər. Mövsümün sonunda icarə müddətləri bitdi”.

Klub rəsmisi bildirib ki, “Neftçi”yə məğlubiyyətə görə baş məşqçi istefası olmayacaq: “Avropa Liqası ilə vidalaşmaq ağrılı oldu. Amma matçın ertəsi günü klub prezidenti Quram Adjoyev baş məşqçi İqor Çerevçenkoya zəng vuraraq ona dəstək verdi. Belə zərbəni yaşamaq çətindir. Amma azarkeşlərin dəstəyi ilə bunun öhdəsindən gələcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR