“Qarabağ” braziliyalı müdafiəçinin transferini rəsmiləşdirib

“Qarabağ” braziliyalı müdafiəçinin transferini rəsmiləşdirib
# 04 iyul 2019 10:07 (UTC +04:00)

Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” ikinci transferini rəsmiləşdirib.

Klubdan APA-ya verilən məlumata görə, Ağdam təmsilçisi sol cinah müdafiəçisi Ailton Ferreyra Silvanı heyətinə qatıb.

Müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı növbəti mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.

Qeyd edək ki, “Qarabağ” Silvadan öncə ispaniyalı Xayme Romero Rodrigesi də rənglərinə bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR