UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat köçürüb

UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat köçürüb
# 24 mart 2020 17:30 (UTC +04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının bu gün onlayn keçirilən iclasında verilmiş qərara əsasən, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat köçürülüb.

Universitetdən APA-ya verilən məlumata görə, eləcə də, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi 1 000 manat, UNEC Həmkarlar ittifaqı Komitəsi 2 000 manat həmin fonda ödəyib.

Məlumat üçün bildiririk ki, bundan əvvəl UNEC-in rektoru, professor Ədalət Muradov bir aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna  köçürmüş və UNEC kollektivinin üzvləri də rektorun təşəbbüsünü dəstəkləyərək könüllü olaraq aylıq maaşlarının bir hissəsi həcmində həmin Fonda maliyyə dəstəyi göstəriblər. Proses davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR