Azərbaycan Respublikasında koronavirus pandemiyasına görə xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, qonşu dövlətlərdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayiəti ilə hərəkəti təmin edilməkdədir.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, tranzit yüklər daşıyan nəqliyyat vasitələri sərhədlərimizi tərk edənə qədər onların təhlükəsizliyi Yol Patrul Xidməti və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən təmin edilir, yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə və qidalanmasına icazə verilir.
“Sürücülərin yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşrutdankənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstremal vəziyyətlər istisna olmaqla icazə verilmir”, - deyə məlumatda bildirilib.