Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 48 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 38565 şübhəli koronavirus testindən keçib, onlardan 1708-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4055 nəfər ölüb, 146457 nəfər bu infeksiyaya yoluxub, 106133 nəfəri isə müalicə olunub.
Bu gün 2103 xəstə evə buraxılıb.